
Lənkəranda yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info APA-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində baş verib.
Motosikletlə “Ford” markalı yük maşınının toqquşması nəticəsində motosikletin sürücüsü, 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R. Hüseynova ilkin tibbi yardım göstərilib.
Gununsesi.info












