Mourinyo braziliyalı müdafiəçini komandasında görmək istəyir

  • By admin
  • 15 İyun 2020 13:08

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Fransa PSJ-sində çıxış edən Tyaqo Silvanı heyətində görmək istəyir. 

Gununsesi.org “The Sun” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 36 yaşlı braziliyalı müdafiəçini mövsümün sonunda müqaviləsi başa çatan Yan Vertongenə əvəzləyici hesab edir.

Paris təmsilçisinin idman direktoru Leonardo müdafiəçi ilə yanaşı, hücumçu Edinson Kavanin də komandadan ayrılacağını söyləyib.

Silvanın “Tottenhem”ə keçidinə onun PSJ-də həftəlik təxminən 390 min avro alması mane ola bilər.

Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Braziliya millisinin üzvü debüt etdiyi mövsümdə kapitan təyin edilib və Fransa çempionu olub. Silva 6 dəfə Fransa çempionluğunu, 4 dəfə isə ölkə kubokunu qazanıb.

 

 

Gununsesi.org