“MTN generalı Eldar Mahmudovla bərabər Kərəm Həsənovun da adını çəkməli idi” - MƏTLƏB MUSTAFAYEV

  • By admin
  • 25 Noyabr 2017 00:23


Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin Ant-Terror Mərkəzinin sabiq rəisi general Elçin Quliyev özünün məhkəmə prosesində rezonans doğuran açıqlama verib. General vaxtilə silahla şərlədiyi və bu yaxınlarda bəraət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Mətləb Mustafayevin həbsinin qurama olduğunu etiraf edib.

O, bildirib ki, Mətləb Mustafayevin həbsinə sifarişi Eldar Mahmudovdan alıb.

Qeyd edək ki, Mətləb Mustafayevin özü isə dəfələrlə həbs planının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun istəyi ilə hazırlandığını deyib. O, mediaya açıqlamasında həbsinə səbəb kimi Kərəm Həsənovun əməllərini ictimailəşdirməsini göstərib.

Gununsesi.info-ya açıqlamasında Mətləb Mustafayev Elçin Quliyevin etirafından danışıb: “Elçin Quliyev qismən də olsa danışdı. Amma o hər tərəfli danışmalı idi və Kərəm Həsənovun da adını çəkməli idi. Deməliydi ki, onun həbsi üçün Kərəm Həsənov nazirindən xahiş edib. Elşin Quliyev dəfələrlə mənimlə söhbətində Kərəm Həsənovdan niyə yazdığımı soruşurdu”.

Qeyd edək ki, Mətləb Mustafayev bir neçə il əvvəl intihar edən məşhur MTN polkovniki  Malik Mustafayevin qardaşıdır.

Saytımıza müsahibəsində Mətləb Mustafayev bildirmişdi ki, onun həbsindən sonra qardaşı ilə MTN-də görüşən zaman Malik Mustafayev “30 il işlədiyim orqan mənə xəyanət etdi” deyərək, intihar edib.

Gununsesi.info