MTN müstəntiqi öz generallarının üzünə durdu - SƏMİMİYYƏTİ ELŞƏN MURTUZOVU QORUDU

  • By admin
  • 04 Noyabr 2016 15:04

elch-mtn

Saxta cinayət işlərini aparan müstəntiq Elşən Murtuzovun həbs olunmamasının sirri

 

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə daxil olan şəxslərin cinayət işi üzrə istintaq davam edir.  Ləğv olunmuş MTN-nin Anti Terror Mərkəzinin sabiq rəisi həbsdə olan general Elçin Quliyevlə nazirliyinin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Elşən Murtuzov arasında üzləşdirilmə keçirilib. Bu barədə Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, üzləşdirmə bir müddət əvvəl intihar edən MTN polkovniki Malik Mustafayevin və nazirlik tərəfindən saxta  və qurama ittihamlarla qanunsuz həbs olunan şəxslərin işi üzrə aparılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan “MTN işi” ilə bağlı müxtəlif epizodlar üzrə dindirməyə cəlb olunan müstəntiq Elşən Murtuzov apardığı saxta cinayət işlərindən danışıb. Belə ki, qanunsuz həbslərlə bağlı qərəzli istintaqın birbaşa MTN generalların tapşırığı ilə həyata keçirildiyini səmimi etiraf edib.

O, üzləşmə prosesində general Elçin Quliyevin və MTN-nin həbsdə olan digər yüksək vəzifəli şəxslərinin üzünə durub. Görünür, istintaqda səmimi olmasına görə Elşən Murtuzov digər həmkarlarının taleyini yaşamayıb. Belə ki, o hal-hazırda da DTX-da müstəntiq kimi çalışır.  Ancaq onun DTX-da sona qədər qalacağı da inandırıcı deyil. Çünki,  “MTN İşi” ilə bağlı zərərçəkənlər müstəntiq kimi Elşən Murtuzovun özündən də şikayətçidir. Konkret olaraq, intihara vadar eedilən MTN polkovniki Malik Mustafayevin qardaşı Mətləb Mustafayev hüquq-mühafizə orqanlarından vaxtilə onu qanunsuz həbsə almış Elşən Murtuzovun da həbsini tələb edir.

Onu da qeyd edək ki, Elşən Murtuzov medianın gündəminə sabiq vicdan məhbusu Pərviz Həşimlinin həbsi ilə  gəlib. MTN rəhbərliyinin məkrli planlarının həyata keçirilməsi məqsədiylə həbs edilən Pərviz Həşimliyə qarşı saxta istantaqı da məhz Elşən Murtuzov apararaq, daha bir cinayətə imza atıb.

Mövzuya qayıdacağıq.

Elmar

Gununsesi.info