MTRŞ ANS-ə “yox” dedi - NARAZILIQ BÖYÜYÜR

  • By admin
  • 10 İyun 2016 13:30

 MTRSH 1

 

     Televiziya və Radio Şurası yalnız ANS telekanalı ilə müqavilə imzalamayıb 

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl teleradio yayımçılarına ayrılan maliyyənin bərabər əsaslarla bölüşdürülməsinə başlayıb. Gununsesi.info-nun məlumaatına görə, 6 telekanaldan 5-i ilə artıq müqavilə bağlanıb. MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədovun sözlərinə görə, müqavilə bağlayan 5 televiziya kanalının – ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına maliyyə vəsaiti köçürülüb. Hazırda yalnız ANS telekanalı qalıb. ANS də müqaviləni bağlayan kimi onların hesabına vəsait köçürüləcək.

Qeyd edək ki, prezidentin sərəncamına əsasən, özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait hər birinə 333 333 manat olmaqla 6 telekanal arasında ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

Gülnaz Qənbərli