Müəllim cinsiyyətini dəyişmiş şagirdinə “qızım” dedi, İŞDƏN QOVULDU

  • By admin
  • 14 Noyabr 2017 11:42

İngiltərənin məşhur liseylərindən birində müəllim cinsiyyətini dəyişmiş şagirdə “qızım” dediyi üçün işdən qovulub.

Gununsesi.info publika.az-a istinadən xəbər verir ki, riyaziyyat dərsi zamanı dərsini yaxşı çalışan şagirdlərə “əhsən qızlar” deyən müəllim şagirdlərin iradından sonra üzr istəyib.
27 yaşlı riyaziyyat müəllimi Coşua Sutcliffe hadisədən 6 həftə sonra şagirdin valideyninin şikayəti əsasında işindən azad edilib.

Müəllim hadisə ilə bağlı bunları deyib: “Dərs zamanı kiçik anlaşılmazlıq yaşandı və mən dərhal üzr istədim. Bu məsələnin bu qədər uzadılmasını və mənim işdən azad olunmağımı tələb etmələrini anlamıram”.

Məsələ ilə bağlı açıqlama verən lisey direktoru, müəllimin haqqında araşdırma başladıldığını deyib.

Gununsesi.info