Müəllimlərə oruc tutan şagirdlərlə necə davranmalı olduqları haqda danışdılar

  • By admin
  • 31 Mart 2022 14:55
İslam ölkələri sakinlərindən fərqli olaraq, ABŞ-dakı müsəlmanların Ramazan ayında çox vaxt əlavə istirahət günləri və ya daha qısa iş günü olmur. Məhz buna görə də Hyustondan olan bir qrup müsəlman ana, Ramazan ayı barədə və oruc tutanlara necə kömək etmək lazım olduğunu öyrənmək üçün şəhərin hər yerindən 100-ə yaxın pedaqoq və 100-dən çox müsəlman şagird və onların valideynlərini bir araya gətirən “Öz müsəlman şagirdini tanı” tədbiri təşkil ediblər.
Gununsesi.info xəbər verir ki, bu haqda xarici İslam saytları məlumat yayıb.
 “Əsas məqsədimiz müsəlman uşaqlar və onların ehtiyacları, qarşılaşa biləcəkləri bəzi çətinliklər haqqında danışmaq və onların məktəb həyatını asanlaşdırmağa çalışmaqdır” -deyə fəallardan biri olan Dina Abdulrahman bildirib.
“Biz istəyirik ki, müəllimlər Ramazan ayı gəldiyini və hansı hallarla qarşılaşa biləcəklərini öyrənsinlər”, –  tədbirin təşkilatçıları belə deyiblər.
Artıq üçüncü dəfədir ki, təşkil olunan görüşə şam yeməyi, yerli imamın İslam dini və adət-ənənələri haqqında söhbəti, Ramazana xas məsələlərin müzakirəsi daxildir.
Sultan Laçın
Gununsesi.info