Müəssisə və təşkilatların borclarıyla bağlı ŞOK STATİSTİKA

  • By admin
  • 23 Yanvar 2017 11:55

statistika

“Yalnız dövlət borcu deyil, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların qarşılıqlıborcları (debitor və kreditor) da sürətlə artmaqdadır. Yerli müəssisə və təşkilatlar borc içərisində batır”.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert  NemətƏliyev öz facebook səhifəsində bildirib.

İqtisadçının sözlərinə görə, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, müəssisə və təşkilatların borc öhdəlikləri 2015-ci ildə 35,6 milyard manata yüksəlib: “Bu, ÜDM-in 65,4 faizindən çoxdur. Borc öhdəlikləri 2004-cü ilin əvvəllində 10 milyarda yaxın olub. Lakin sonrakı dövrdə bu göstərici sürətlə artmağa başlayıb. Əgər 2004-2009-cu illərdə borc öhdəlikləri cəmi 8 milyarda yaxın artmışdısa, 2010-2015-ci illərdə 19 milyard manat artıb. Başqa sözlə, 2-ci beş ildə borclanma əvvəlki beş ilənəzərən 2,4 dəfə sürətlənib”.

N.Əliyevin fikrincə, borc öhdəliklərinin 28%-ə qədəri elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların, 27%-i emal sənayesində fəaliyyət göstərən müəssisə və təşkilatların, 13%-i tikinti sektorunun, 10%-i isə nəqliyyat xidməti ilə məşğul olan müəssisələrin payına düşür: “2015-ci ildə müəssisə və təşkilatların debitor borcları, yəni alacaqları borc 17,8 milyard manat təşkil edib. Debitor borcların orta illik artımı 2004-2009-cu illərdə 1,1 milyard manat olmuşdusa, 2010-2015-ci illərdə 1,5 milyard manat olub. Bu göstərici son beşildə 1,3 dəfə böyüyüb. Deməli, debitor borcların böyümə sürəti nisbətən aşağı olub. Bu səbəbdən də borc öhdəlikləri borc üzrə tələb göstəricisini 2 dəfə və ya 18 milyard manata yaxın üstələyib”.

Qarşılıqlı borclar üst-üstə 2015-ci ildə 53,4 milyard manat təşkil edib ki, bu da təxminən illik ÜDM-in həcminə bərabərdir.

Beləliklə, iqtisadçı aşağıdakı 3 mühüm nəticəyə gəlir:

1) 2009-2015-ci illərdə müəssisə və təşkilatların qarşılıqlı borcları sürətlə böyüyüb;

2) Müəssisə və təşkilatların maliyyə vəziyyəti kəskin şəkildə pisləşib;

3) Ardıcıllıq, mütəmadi tənzimləmə və ciddi nəzarət tələb edən bu böyük problemin həlli istiqamətində hər hansı diqqət çəkən fəaliyyət həyata keçirilməyib və ya bu istiqamətdəatılmış addımların səmərəsi olmayıb.

Bilmək lazımdır ki, qaldıqca və böyüdükcə borclar müəssisə və təşkilatların fəaliyyətinətəhdid yaratmaqla iqtisadi fəallığa ciddi zərbə vurur. 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info