Müasir dünyada din adı atında birləşmək bizə heç nə verməyəcək - EKSPERT

  • By admin
  • 09 Yanvar 2017 16:52

zaur

“Nədənsə, mən din adı altında qurulan heç nəyə inanmıram. Düşünürəm ki, müasir dünyada din adı atında birləşmək bizə heç nə verməyəcək. Çünki bu günə qədər bəzi islam dövlətlərini çıxmaq şərtilə əksəriyyəti separatçı Ermənistan rejiminə dəstək verir”.

Gununsesi.info-ya bu haqda Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB-nin və “İrəvan-2018” Hərəkatının sədri Zaur Qəriboğlu deyib.

Z. Qəriboğlu hesab edir ki, Azərbaycan bu alyansa daxil olarsa, Rusiyada qıcıq yaradacaq.

“Çünki Azərbaycan dövləti hər hansı bir qərarı verməzdən öncə regiona uyğun olaraq, yüz ölçüb, bir biçir, qərarını verir. Həm də bu gün Azərbaycanın regiondakı gücü əsas verir ki, özünün taleyi ilə bağlı məsələlərdə heç kimin diktəsini dinləmədən öz şərtlərinə uyğun olaraq, qərar verir. Eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllində İslam Hərbi Alyansının  heç bir rolunun olmayacağını illər sübut edib. Bu, bizim davamızdır. Biz özümüz bu məsələnin həllinə çalışmasaq, heç kim gəlib, bizim yerimizə məsələ həll etməyəcək. Mən bu məsələnin həll yolunu yalnız hərbdə görürəm. Başqa cür bu məsələ tam olaraq, bizim xeyrimizə həll olunmayacaq”- deyə, o, əlavə edib.

Anar
Gununsesi.info