Mübariz Mədətov bu gün Bakıda dəfn olundu

  • Müəllif: admin
  • 25 Noyabr 2018 19:52

Ötən gün Almaniyada dünyasını dəyişmiş “Xəzər Dəniz Gəmiçiliyi”nin sabiq sədr müavini Mübariz Mədətov bu gün Bakıda dəfn edilib.

“Gununsesi.org” ölkə.az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi bu gecə saat 04:00 radələrində Bakıya gətirilərək, paytaxtın Badamdar qəbiristanlığında torpağa basdırılıb.

Xətai rayonu, “Babək” prospektində yerləşən xeyr-şər evində mərhumun yas mərasimi keçirilib.