Mübariz Mənsimov şəhid adaşını belə andı - SƏN ƏN ALİ ZİRVƏYƏ UCALDIN...

  • By admin
  • 19 İyun 2018 14:47

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov milli qəhraman Mübariz İbrahimovu özünün sosial şəbəkədəki hesabında anıb. Şəhidin adına verdiyi yük gəmisinin fotosunu paylaşan Mübariz İbrahimov onu heç zaman unutmayacağını qeyd edib.

Gununsesi.info həmyerlimizin qeydlərini təqdim edir:

Millətimin igid oğlu, adı kimi MÜBARİZ olan qardaşım!

Allah sənə rəhmət eləsin!

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Sən ən Alisini şərəfli ölümü seçdin: Şəhid oldun! Bu zirvəyə ucalanlar isə heç zaman ölmür. Hər zaman ürəyimizdə olacaqsan. Yaşayacaqsan, biz də səni yaşadacağıq.

Vətənimin, millətimin adını ucaldan hər bir azərbaycanlı qarşısında baş əyirəm.

Gununsesi.info