Mübariz Mənsimovdan ölkə başçısına dəstək: "İLHAM ƏLİYEVƏ SƏS VERƏCƏM"

  • Müəllif: admin
  • 09 Fevral 2018 16:28

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini təqdir edərək, ölkə başçısı İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin regional proseslərlə əlaqədar olduğu və seçkinin ən uyğun bir zamana salındığı qənaətindədir.

O qeyd edib ki, Azərbaycan üçün önəmli ölkələrdən olan Rusiyada da mart ayında prezident seçkiləri keçiriləcək: “Bundan əlavə, növbəti ildə Türkiyədə seçkilər keçiriləcək. İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycan həm daxili, həm xarici siyasət, həm də iqtisadi inkişaf baxımından çox irəli gedib və inkişaf edib. Dünyadakı qlobal iqtisadi-maliyyə böhranına baxmayaraq, Azərbaycanın milli valyuta ehtiyatı bu ölkənin təhlükəsizliyini təmin edir. Bu önəmli bir məsələdir. Öncə də dediyim kimi, iş adamına siyasətdən danışmaq lüzumsuz olsa da, ancaq mənim bir səsim var və hər zaman olduğu kimi Azərbaycan vətəndaşı olaraq bu səsimi İlham Əliyevə verəcəm. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri bu seçkidən sonra daha da inkişaf edəcək və mən buna inanıram. Bu belə də olacaq”- deyə, M.Mənsimov bildirib.

Hazırladı Mürtəza

Gununsesi.info