Mübariz Qurbanlı Şeyxin TV açmaq istəyindən danışdı - AÇIQLAMA

  • By admin
  • 30 Sentyabr 2016 13:07

 

allahshukur

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadənin dini teleknal açmaq istəyindənd anışıb. Komitə sədri Gununsesi.info-ya açıqlamasında bildirib ki, hələlik, ortada heç nə yoxdur: ““Təklif ortadadır. Amma hələlik bu barədə  Şeyx həzrətləri belə bir ideya və təkliflə çıxış edib. Ppraktik olaraq,  heç bir addım atılmayıb.  Şeyx həzrətlərinin irəli sürdüyü təklifin isə  bizim quruma aidiyyatı yoxdur.  Sadəcə, ideya ortadır.  Hələlik heç bir tezliyin alınması haqqında rəsmi müraciət yoxdur və olunmayıb”.

Qeyd edək ki,  Azərbaycanda dini televiziyanın yaradılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə təklif irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.

QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.

Gülnaz Qənbərli