Seyran Ohanyanın yerinə gətirilən şəxsin kimliyi bəlli oldu

  • Müəllif: admin
  • 03 Oktyabr 2016 13:58

nazir
Ermənistan prezidenti Serj Sarkisyan bazar ertəsi yeni müdafiə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info Novosti-Armeniya saytına istinadən xəbər verir ki, Seyran Ohanyanı bu vəzifədə Vigen Sarkisyan əvəz edəcək.O, prezident administrasiyasının rəhbəri olub.
Qeyd edək ki, Vigen Sarkisyan 1975-ci il mayın 10-da anadan olub. 2000-2003-cü illərdə Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 2009-2011-ci illərdə Ermənistan prezidenti köməkçisi vəzifəsində çalışıb.

Anar
Gununsesi.info