Müəssisə rəisi nazirə yazılan ərizəni cıraraq yerə atıb

  • Müəllif: admin
  • 24 Noyabr 2025 09:53

Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev  Ədliyyə naziri Fərid Əhmədova və Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidova müraciət edib.

 

Bu barədə Gununsesi.info-ya danışan Vüqar Hacıyev müraciətinə səbəb kimi qardaşı Bəxtiyar Hacıyevin cəza çəkdiyi 6 Saylı müəssisədə təzyiqlərə məruz qalmasını göstərib.

“Mən hər iki şəxsdən xahiş edirəm ki, 6 Saylı cəzaçəkmə müəsisəsinin rəisi Fariz Əliyevin özbaşınalıqlarına son qoyulsun.  Qardaşım Bəxtiyar Hacıyev 6 – 7 aydır orada normal bir yerlə təmin olunmur, bütün hüquqları pozulur, hətta yerdəyişmə ilə bağlı Fərid Əhmədova yazdığı ərizəni dünən rəis müavini Gündüz adlı zabit çırıb yerə atıb. Qatı cinayətkarların – oğruların, narkotik satanların yaxınlarından pul alıb normal yerlə təmin edən Fariz Əliyev Bəxtiyarı incitməkdən zövq alır”.

 

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq cəhdlərimiz baş tutmasa da qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

Günay Mahirqızı

Gununsesi.info