Mühərriki dayanan təyyarə təcili eniş edib

  • By admin
  • 15 Fevral 2018 09:20

Rusiyada Blaqoveşensk-Yakutsk marşrutu üzrə uçan “Yakutsk” aviaşirkətinə məxsus “An 24” təyyarəsi hava limanına geri dönərək təcili eniş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, təcili eniş mühərriklərdən birinin sıradan çıxması səbəbindən baş verib.

İnsident nəticəsində zərərçəkən yoxdur. Aviaşirkət təcili eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni layner göndərib.

Gununsesi.info