Müharibə dövrünə dair tədbirlər planı hazırlanıb

  • By admin
  • 08 Yanvar 2022 15:15

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq.

Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək.

Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər barədə də məlumatlandırılacaq.

Gununsesi.info