Murad Soltanovun dostu Məhərrəm Rza deyib -“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”

  • Müəllif: admin
  • 12 Noyabr 2018 19:07

 

“Murad döyüldüyü zaman qışqırıb ki, ölürəm, kömək edin. Onlar deyib ki, cin danışdırır onu”.

Bu sözləri “Gununsesi.org” a Şabranda “cinçıxarma” adı ilə döyülüb öldürülən 25 yaşlı Murad Soltanovun dostu Məhərrəm Rza deyib.

M. Rzanın sözlərinə görə, dostu atası ilə Şabrana istirahətə gedib:

“Murad bir neçə aydı özünü narahat hiss edirdi, ruhi xəstə, içində “cin” olduğu deyilirdi. Maştağada şizofreniya diaqnozu qoyulmuşdu.

Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. 6 nəfər guya onu xalq təbabətindən istifadə edərək şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq öldürüb.

Bütün bədəni qap-qara idi, qan qusub. İstirahət adı ilə getmişdi, hardan bilərdi əlləri-qolları bağlanılıb döyüləcək”.

Günel Hacı