
Məşhur türkiyəli cütlük Aslı Enverlə Murat Boz İstanbulun Etiler rayonunda görüntülənib.
Gununsesi.org-un “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, dostları ilə birlikdə restoranların birində nahar edən müğənninin yeni avtomobili də diqqətdən qaçmayıb. Bozun “Mercedes” markalı avtomobilini 3 milyon 300 min TL-yə aldığı məlum olub.
Jurnalistlərin suallarını cavablandırmayan cütlük fərqli avtomobillərə minərək oradan uzaqlaşıb.
Gununsesi.org