Mürtəza Bünyadlı yazır: "Səhv yolun yarısından dönüş də heç zaman gec deyil…"

  • By admin
  • 20 Aprel 2017 11:25
murtaza
İslahatlar  cəmiyyətin inkişafına xidmət etməlidir, daha geriyə getməsinə yox…
 
İstər siyasi,  istər iqtisadi, istər sosial və humanitar sahədə həyata keçirlən  islahatların əsas hədəfi çevik, operativ və effektli idarəçilik sistemi yaratmaqdır.Necə deyərlər,  islahatlar  mövcud sahədəki problemləri aradan qaldırmağa, cəmiyyətin inkişafına və o sahədə çalışan insanların rahat  və işlək iadretmə mexanizminin yaradılmasına  xidmət etməlidir. Daha bu ilsahatlar mövcud  sistemi dağıdaraq, ondan da  mürəkkəb, qəliz , bürokratik əngəlliklərə yaradan sistem yaratmaq  deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin də həyata keçridiyi islahatların əsas qayəsi məhz çevik, operativ və effektli idarəçilik sistemi yaratmağa yönəlib. Onun  həyata keçrimək istədiyi  islahatların hədəfləri  bir tərəfdən əldə olunmuş iqtisadi, siyasi, sosial və mədəni nailiyyətləri möhkəmləndirməyə, ölkəni müasir tələblər səviyyəsinə qaldırmağa, digər tərəfdənsə gələcək liberal, rəqabətədavamlı, dinamik və innovasiyayönümlü milli iqtisadiyyatı  formalaşdırmağa, sosial sahədə optimal, səmərəli və ədalətli inkişaf modelini yaratmağa yönəlib. Yəni bu islahatlar milli inkişafın gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə  xidmət edir. Ancaq bəzən onu icra edənlər bu islahatlarə özünəməxsus formada, idarə və korporativ maraqlara uyğun həyata keçriməyə çalışır.
 Elə götürək son  günlərdə cəmiyyətdə ciddi  ciddi rezonansa səbəb olan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarı… MBNP-ni  bu qərarı birmənalı olaraq idari və korporativ maraqlara xidmət edir.  Konkret desək  MBNP-nin bu qərarı pis-yaxşı mövcud olan Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyətini iflic edib. Bu, eyni zamanda,  dövlət büdcəsindən maliyyələşən siyasi partiyaların,  digər qurumların, məsələn Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)  fəaliyyətinə ciddi problemlər yaradıb.
Artıq bu qurumlar  hər hansı maliyyə əmliyyatı aparmaqda ciddi çətinliklərlə üzləşib. Çünki yeni qaydaya əsasən ən xırda  maliyyə əməliyyatı  bank  hesabı vasitəsi ilə həyata keçrilməlidir. Yəni, QHT və siyasi partiya strukturları  sahibakarlıq  subyekti hesab olunaraq,  belə bir qayda tətbiq edilib. Bu isə kökündən yanlış və reallağıa uyğun olmayan addımdır. Necə deyərlər, “qaş düzəltmək yerinə, göz də vurulub çıxarılıb”. İslahat həyata keçirilməzdən öncə onun tətbiq qaydası və yerli reallıq öyrənilməlidir ki, hansı effekti verəcək?!  Reallığa uyğundurmu, bunun üçün memken mexanizmlər mövcuddurmu?!  Problemi həll edərkən daha ciddi problemlə rastlaşmayacaq?!  Ona görə də islahatların həyata keçirilməsi kompleks yanaşma tələb edir ki, onu həyata keçirərkən  mövcud durumdan daha  pis vəziyyət yaranmayacaq ki?!  
Elə etmək lazımdır ki, bu sahədə çalışan insanların fəaliyyətinə  əvvəlkindən daha qəliz formada  maneə yaratmaqla onları pis durumla üz-üzə qoymasın.  İnsanların haqlı narazaçlığına yol açmasın. Ancaq MBNP-nin   bank sektorunda şəffaflığı təmin etmək adı altına  həyata keçirdiyi bu islahatlar  isə korparativ maraqlara xidmət etdiyindən, tamamilə əks effekti vermiş oldu. Və bu da nəticədə haqlı olaraq bu sektorda şalışan insanların haqlı narazılığına  gətirib çıxardı. MBNP-nin bu qərarı əslində QHT sektornun fəaliyyətini iflic vəziyyətinə salmağa və onları digər “kreativ” ideyaları düşünərək həyata keçirilməsinə vadar etmək zorunda qoyur.  Əgər QHT sektorunda çalışan şəxs  öz bank hesabından rahat  əlçatan formada istifadə edə bilməyəcəksə,  o zaman həmin şəxs məcburiyyət  qarşısında  digər metodları axtarıb tapmalı olacaq. Bu da   MBNP-nin nəzərdə tutudğu nağdsız bank əməliyyatı öz lazımi səmərəsini verməyəcək. Çünki bu gün Azərbaycanda ən xırda maliyyə vəsatilərinin  nağdsız həyata keçirilməsi üçün  mexanizm  və şərait yoxdur.  Bu, sadəcə vaxt itkisinə, əlavə bürokratik əngəlliklərə və  əhalinin haqlı narazılığına  yol açacaq.
Ümumiyyətlə,  bu, praktik   cəhətdən mümkün deyil.  Azərbaycan inkişaf etmiş Qərb ölkəsi deyil ki, burada istənilən əməliyyatı bank vasitəsi ilə aparıla… Bəlkə də hansısa ölkədə belə qayda var.  Ancaq inkişaf etmiş ölkələrin əksəriyyətində belə bir  prkatika mövcud deyil. Həmin ölkələrdə belə xirda nağd əməliyyatların həyata keçirilməsi üçün müəyyən limitlər var. Bunları deməklə məqsədimiz ümumiyyətlə, nadsız bank əməliyyatlarının əleyhinə çıxmaq deyil. İrihəcmli maliyyəəməliyyatlarının ünvanlılğını təmin etmək üçün həmin əməliyyatlar  nağdsız həyata keçirilə bilər və bunun necə deyərlər, heç bir sakıncası da yoxdur. Heç QHT sektoru da bank sektorunda şəffaflığın təmin edilməsi  məqsədi ilə böyük maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsinin tərəfdarıdır. Ona görə də  istənilən sahədə islahat həyata keçirilərkən və bu sahənin   səmərəli idarə olunması üçün qanunvericilik bazası fromalaşdırılarkən beynəlxalq prkatika ilə yanaşı, yerli şərait və reallıq öyrənilməlidir.
Və ən əsası da cəmiyyətin inkişafı naminə idarə və korporativ maraqlardan uzaq olmaq lazımdır. Çünki günün birində o  “islahatı” həyata keçiriən şəxs özü bu “islahatın” qurbanına çevrilə bilər. Bax, bütün işlər görülərkən bu yaddan çıxarılmamalıdır. Əks təqdirdə, qısa perspektivlərə hədəflənən, şəxsi  maraqlara xidmət edən “islahatlar “ ölü doğulan uşaq” kimi olacaq. Onun tətbiqi heç bir effekt verməyəcək və cəmiyyətdə haqlı narazılıqlara yol açacaq.
Bəzən elə olur ki, bu “islahat” onu həyata keçirən şəxsin özünü “qurban” kimi yeyir. O baxımdan da ilk növbədə cəmyyəti və onun inkişafını düşünmək lazımdır. Əgər  cəmiyyətin  inkişafı düşünülməyəcəksə və istənilən sahədə həyata keçirilən islahatlar ancaq korporativ maraqlara xidmət edəcəksə, sonda cəmiyyət olaraq hamımız onun “qurbanlarına” çevrilmiş olacağıq.
Hesab edirəm ki, MBNP nə qədər gec deyil, tətbiq etdiyi qaydaya yenidən baxıb düzəlişlər etməlidir. Düzdür, bu da zaman alan məsələ və yeni vaxt itkisinə səbəb olacaq. Ancaq atalar demiş, səhv yolun yarısından dönüş də heç zaman gec deyil…
Mürtəza
 Gununsesi.info