Mürtəza Bünyadlı yazır: "DAD YARIMÇIQ ƏLİNDƏN..."

  • By admin
  • 15 Aprel 2017 12:40
murteza
Azərbaycan hökuməti islahatlara strat versə də, həyata keçirilən islahatlar cəmiyyətdə istənilən nəticəni vermir.  Əksər hallarda isə əks effekt verir. Yəni, islahatlar həyata keçirilən  sahələrdən, ümumiyyətlə,  bu islahatlardan  nə insanlar, nə də cəmiyyət  faydalana bilir. Əksinə, bu  islahatlar  ən yaxşı halda mövcud  sahədəki  “pis-yaxşı” olanı da iflic vəziyyətə salır.
nazirlik
Belə demək mümkünsə,  islahat həyata keçirlməzdən öncə bunun üçün lazımı bazanın yaradılmır. Bu islahat adı altında daha çox  idarə və şəxsi maraqlar önə  çıxır.  Bu da nəticədə ciddi narazılıqlara səbəb olur. Elə götürək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin bu ilin aprelindən etibarən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə edilməsi ilə bağlı qərarını…
Hazırlıq  və keçid mərhələsi tətbiq edilmədən birbaşa  hesabatların  elektron imza kartından və ya mobil imzadan istifadə edilməsinin tətbiqi  cəmiyyətdə artıq etirazlara yol açıb. Düzdür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlışlığını başa düşərək keçid  müddəti üçün optimal variant seçmək zorunda qaldı, ancaq əgər nazirlik tutduğu mövqedən geri çəkilməsəydi,  rüblük hesabatını yeni qaydalarla verə bilməyənləri 44 manat cərimə gözləyirdi.
palata
Digər  bir fakt isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)   tərəfindən normativ-hüquqi aktlara dəyişiklik edilərək,  bank hesablarında olan vəsaitlərdən ancaq nağdsız yolla maliyyə əməliyyatının  aparılmasının nəzərdə tutulmasıdır. Bu qaydaya əsasən istənilən siyasi və Qeyri-Hökumət  Təşkilatından (QHT) ən xırda vəsaiti belə istifadə etmək üçün onu  hansısa bank hesabına köçürməsi tələb olunur. Məsələn, siyasi partiya və QHT təmsilçisi  hətta,  5-10 manatlıq maliyyə əməliyyatını hansısa bank hesabına köçürməlidir.  Və yaxud, maliyyə əmliyyatı üçün yeni bank hesabları açılmalıdır. Bir çox hallarda dövlət qurumlarının bu islahatları  bir atalar məsəlini yada salır: “Qaş düzəldilən yerdə, gözün çıxarılması”…
Çünki əksər dövlər qurumları bu islahtlar adı altında  öz çəxsi maraqlarını və mənfəətlərini önə  çəkirlər. Ancaq  islahatlar həyata keçiriləndə onun effektivliyini nəzərə almaq üçün  bir neçə variant  nəzərdə tutulmalıdır. Yəni, bu variantların hansı cəmiyyətin inkişafına təkan verə və effektiv idarəetmə  yarada bilər.  Ancaq təəssüflər olsun ki, Azərbaycanda qanunvericilik sənədləri hazırlanarkən, qanunlar ilk olaraq müasir dövrün tələblərinə cavab vermir,  ikincisi,  burada  öndə idarə maraqları dayanır, üçüncüsü isə  mövcud reallıq  tam nəzərə almadan  şəxsi maraqlar önə çəkilir. Ona görə də qəbul edilən qanunlar və ya həyata keçrilməsi nəzərdə tutulan islahatların tətbiqi zamanı ciddi problemlər  ortaya çıxır. Necə deyərlər, dad yarımçıq əlindən… 
ehali
Nəticədə də ya qəbul edilən qanun işləmir, ya da həyata keçirilən islahat effektini vermir. Bütün bunlar da dərhal həmin sahənin fəaliyyətini iflic vəziyyətə salır. Ona görə də istər qanunvericilik bazası  təkmilləşdirilərkən, istərsə də hansısa  sahədə islahat həyata keçirilərkən nəzərə alınmalıdır ki, onun cəmiyyətə  səmərəsi nə olacaq… Cəmiyyət bundan udacaq, ya uduzacaq və ya əks reaksiya verəcək, yoxsa,  bu addımlar hökumətin əleyhinə işləyəcək?..  Odur ki, hökumət bir çox sahədə effektiv və səmərəli idarəetmə mexanizmi tapmadığından həyata keçirilən islahatlar  nəticə vermir. Yəni, bir problemi həll edərkən,  ondan daha ciddi problemə yol açmamalıdır.
mikro-avtobus-2
Buna daha bir misal çəkmək olar.- konkret olaraq, son günlərdə  sərnişindaşımada  nəzarətin gücləndirilməsi məsələsini.  Xüsusən də, aidiyyati qurumların  Bakı-Sumqayıt istiqamətlərində qanunsuz sərnişindaşıma ilə məşğul olan fərdi  nəqliyyat sahiblərinin fəaliyyətinin qarşısını alması  digər daha ciddi problemə yol açıb. Yəni, aidiyyatı qurumlar bu problemi həll  etmək istərkən ortaya çıxacaq  problemi həll etməyiblər. Əksinə, qanunsuz sərnişindaşıma probleminə qarşı mübarizə digər  daha ciddi problemə yol açıb.  Hökumət burada  da “dad yarımçıq” prinsipinə əməl etməklə, qaş düzəltmək yerinə gözü də vurub çıxarıb. Nəticədə bundan sadə vətəndaş əziyyət çəkir. Artıq neçə gündür  Bakı-Sumqayıt istiqamətində nəqliyyat vasitəsinin qıtlığından insanlar vaxtında işə, məktəbə, evə və digər yerə getmək üçün ciddi problemlərlə üzləşir. Xeyli vaxt itikisinə yol verir. Yaxud,  işə və məktəbə gecikdiyi üçün  işdəki rəhbərlikdən töhmət alır və ya işini itirməli olur.
Deyə bilərlər ki,  avtovağzaldan vətəndaş istədiyi yerə gedə bilər. Ancaq onu da xatırlamaq yerinə düşər ki, Sumqayıtdan Bakıya və əks istiqamətə hərəkət edərkən  avtobuslar dolduqdan sonra yola çıxır…
Mürtəza
Gununsesi.info