“Müsəlmanların futbol oynaması haram sayılmır”  — Şeyxin qudası

  • Müəllif: admin
  • 25 İyun 2018 13:54

“Müsəlmanların futbol oynaması haram sayılmır”

 “Futbol oynamaq və onu izləmək İslamda haram sayılmır”.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, bu fikirləri açıqlamasında Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə bildirib.

Hacı Qalib Salahzadə deyib ki, əgər futbol haram sayılsaydı, İran prezidenti Həsən Ruhani, ərəb şeyxləri və digər tanınmış müsəlmanlar futbola maraq göstərməzdilər:

“Şəxsən mənim futbola marağım olmasa da, ancaq bütövlükdə futbol oynanılmasına və izlənilməsinə müsəlman olaraq pis baxmıram. Necə olur ki, İran prezidenti oturub evində futbola baxa bilir, Səudiyyə Ərəbistanı şahzadəsi stadionda futbola azarkeşlik edə bilir, bu haram sayılmır, ancaq başqa bir müsəlmana gələndə haram sayılır? Belə yanaşma düzgün deyil”.

 Sabiq deputat hazırda Dünya Çempionatında heç bir komandaya azrakeşlik etmədiyini söyləyib:

“Əgər Azərbaycan Düya Çempionatına iştirak etsəydi, təbii ki, öz komandamıza azarkeşlik edərdim. Vaxtilə “Neftçi”yə azarkeşlik etmişəm. Ancaq indi futbola maraq göstərmirəm”.