Müsavat hakimiyyətlə dialoq masasında - ARİF HACILI PA-da OLUB

  • By admin
  • 03 Oktyabr 2020 13:04

Müsavat  Partiyasının başqanı Arif Hacılı Prezident Admnistrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Müsavat başqanı bunları deyib:

“Müsavat Partiyasına ünvanlanan təkrar təkliflər əsasında Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüşdük. Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu.
Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik.
Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.