“Müsavatçılar Milli Şuranın mitinqinə getməkdə sərbəstdirlər” - GÜLAĞA ASLANLI

  • Müəllif: admin
  • 08 Aprel 2017 12:04

mitinq-11-sentyabr-2016-1

“Müsavat Partiyası demokratik qüvvələrin keçirdiyi tədbirlərə heç vaxt rəsmən qatılımır”.

Bu haqda Gununsesi.info-ya  Müsavat  Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Milli Şuranın bu günə təyin edilən mitinqində partiyanın iştirakına münasibət bildirərkən belə deyib.

G.Aslanlı qeyd edib ki, partiya üzvlərinin Milli Şuranın təşkil etdiyi mitinqində iştirakı azaddır.

“Partiya üzvlərinin bu aksiyada iştirak etmələrinə sərbəstlik vermişik.  Kim istəsə, iştirak edə biləcək. Məhdudiyyət qoyulmayıb”- deyə, o, bildirib.

Qeyd edək ki, Milli Şura aprelin 9-u saat 15:00-da  Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirməyi qərarlaşdırmışdı.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 9-da  keçirmək istədiyi mitinqə razılıq verməyib. BŞİH aksiyanın aprelin 8-də keçirilməsini təklif edib.

 

Xatırladaq ki, Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Gülnaz Qənbərli

Gununsesi.info