Mustafa Ceceli yenidən evlənir

  • By admin
  • 04 İyun 2017 14:29

ceceli_24786767

Məşhur türk müğənnisi Mustafa Cecelinin həyat yoldaşı Sinem Cecelidən boşanma qərarı alması hər kəsi təəccübləndirib

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanma qərarından sonra Mustafa Selin İmerlə ailə qurmağa hazırlaşdığı deyilib. Onlar arasında yaşananların pərdəarxası məqamları ortaya çıxıb.

İddiaya görə Sinem ərinin telefonunda Selinlə çəkilmiş fotonu görüb. Hələ boşanmağı düşünməyən Mustafa hər şeyi arvadına danışıb. Sinem boşanmaq istədiyini deyib. Ayrılığın qarşılığı da böyük olub. Ceceli arvadına 3 milyon lirə (təxminən 1,5 milyon manat) təzminat, hər ay 15 min lirə (təxminən 7 min manat), 1,5 milyon dollarlıq villasını verib.

Mustafanın ana-atası boşanma xəbərini qəzetdə oxuyub. Onlar övladının ayrılma və yenidən evlənmə qərarına şok olublar. Sinem Cecelinin də ailəsi xəbəri qəzetlər vasitəsilə öyrənib.

 

Gununsesi.info