
Saatlı rayonunun Məmmədabad kənd sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmmədabad kənd sakini Ağahüseyn Astanovdan müvafiq sənədləri olmayan və nömrəsil silinmiş “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Anar
Gununsesi.info












