
Son iki həftə ərzində Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 270 minə çatıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Belə ki, Myanma ordusunun Arakana hücumları nəticəsində 60-dan çox kənd hədəfə alınıb, onlarla kənd yandırılıb, çoxlu sayda dinc müsəlman qətlə yetirilib.
Qeyd edək ki, Myanma hökumətinin beynəlxalq təşkilatların bölgəyə girişinə icazə verməməsi səbəbindən ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.
Anar
Gununsesi.info












