“Myanmar hökuməti Banqladeş sərhədinə minalar düzür” - FOTO

  • Müəllif: admin
  • 07 Sentyabr 2017 11:24

02

Myanmar Təhlükəsizlik Qüvvələri Banqladeşə sığınan Arakanlı müsəlmanların Myanmara geri dönməsinin qarşısını almaq məqsədilə sərhəd boyunca minalar döşəyir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Banqladeş Xalq Respublikasının xarici işlər nazirliyinin yüksək səviyyəli rəsmisi Shahidul Haque BBC-nin bölgəyə ezam olunmuş xüsusi muxbiri Sanjoy Majumderə açıqlamasında belə deyib.

Belə ki, S.Haque bildirib ki, bu günədək Banqladeşdə sığınan Arakanlı müsəlmanlarının sayı 146 minə çatıb. S.Haque jurnalistin Banqladeşin Myanma höküməti ilə hər hansı əlaqəsinin olub-olmadığını sualına isə “Bəli” cavabını verib.

Eyni zamanda, BBC-nin bölgəyə ezam olunmuş xüsusi muxbiri Sanjoy Majumder, bu həftə sərhəd boyunca basdırılmış minaya ən az üç nəfərin düşərək yaralandığını xəbər verib.

Anar

Gununsesi.info