“Nə bambılı kimi ortaya düşmüsünüz?” - Elman Məmmədov

  • By admin
  • 21 Sentyabr 2016 16:09

 305009

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündəki qonaqlarla söhbətində verdiyi açıqlamalar ilk dəfə rəsmi KİV-lərdə olduğu kimi, korrektə edilmədən, audio-video və yazılı şəkildə təqdim edilib. Prezidentin çıxışında kəsərli arqumentlərdən istifadə etməsi, situasiyaları detallarınadək  incələyib şəxsən qarşı tərəfə çatdırması birmənalı qəbul edilməyib. Ciddi rezonansa səbəb olan bu çıxış indiyədək diplomatik formada çatdırılan ən sərt mesajlardan fərqli olmasıyla yadda qalıb. İlham Əliyevin sərt mesajlarının olduğu kimi KİV-də səsləndirilməsi və dərc edilməsi hansı məqsəd daşıyır?

Millət vəkili Elman Məmmədov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin çıxışının, məhz indiki məqamda geniş ictimaiyyətə olduğu kimi, çatdırılmasının əsas məqsədi hər şeyin aydınlığa çıxmasının sübutudur. Dəfələrlə təkrarən görüşün video-görüntüsünü izlədiyini söyləyən millət vəkili hesab edir ki, bu, Prezidentin bu çıxışını pozitiv dəyərləndirir: “Azərbaycan prezidenti İlham Əliyev bu çıxışıyla təkcə Avropanın yox, həm də bu cür düşünən, onlara edilən şikayətlərə birtərəfli yanaşan digər beynəlxalq qurumların da cavabını verdi. Həmçinin, Azərbaycan kimi hüquqi-demokratik bir dövlətlə əməkdaşlıq etmənin istiqamətləri və  formalarını da göstərdi”- deyə, millət vəkili bildirib.

E.Məmmədov bildirib ki,  Prezidenin həmin  görüşdəki çıxışının cəmiyyətə olduğu kimi, korrektsiz təqdim olunması bir daha sübut edir ki, Azərbaycanda “xalq-prezident” vəhdəti, birliyi var: “Görüşün bütün təfərrüatlarıyla təqdim edilməsinin  əsas məqsədlərindən biri də odur ki, uşaqdan-böyüyə hər kəs tutduğu mövqedən asılı olmayaraq, prezidentimizin apardığı siyasət və gördüyü işlər sayəsində, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığında  Azərbaycan dövlətinin və vətəndaşlarının mənafeyini, təhlükəsizliyini qorumaq üçün  nə qədər qətiyyətli, riskli siyasət yüdürülür. Məhz, bu mesaj cəmiyyətə çatdırılır”- deyə, millət vəkili vurğulayıb.
O, bildirib ki, bunda məqsəd təkcə daxili auditoriyaya hesablanmayıb: “Prezidentin bu görüşdə səsləndirdiyi fikirlər, eyni zamanda, bir sıra xarici dövlətlər, onların səfirlikləri, beynəlxalq  qurumlar tərəfindən də nöqtə-vergülünədək izlənilib. Prezident qarşı tərəfə mesaj verib ki, biz heç kimin qarşısında borclu deyilik, üzərimizə düşən vəzifəəri yerinə yetirib, demokratik-hüquqi dövlət yaradıb inkiaf etdirmək üçün nə lazımdırsa. edirik. Ancaq sizlər – bədxah, riyakar, qeyri-səmimisiniz. Siz Azərbaycana qarşı belə düşmən mövqedə durub onu gözdən salmağa, şər-böhtan kampaniyası aparmağa, gördüyü işlərə, inkişafına,  demokratiya və haqq-ədalət uğrunda fəaliyyətinə  göz yumursunuz.  Prezident İlham Əliyev çıxışında bütün bu mesajları onlara verərək izah edirdi. Onların üzünə, gözünün içinə baxaraq deyirdi ki, siz sağlam düşüncəli deyilsiniz, Azərbayacana qarşı ədalətsiz mövqe tutmusunuz, haqsızsınız. Siz bizim inkişafımızı qəbul edə blmirsiniz. Siz Azərbaycanı Suriya, İraq və digər qarışdırdığınız, başlarına oyun açdığınız dövlətlər kimi görmək istəyirsiniz. Ancaq bunu görməyəcəksiniz! Prezident bunu da onların diqqətinə çatdırıb ki, nəyə görə Ermənistanın himayədarlarının çaldığı havaya oynayırsınız. Nə bambılı kimi ortaya düşmüsünüz?  Onun bu çıxışı mədəni qaydada diplomatik və siyasi yolla  üzlərinə tüpürməkdir”- deyən millət vəkili Prezident İlham Əliyevlə qürur duyduğunu da söyləyib.

Gülnaz Qənbərli

Gununsesi.info