Nəhayət: Sülh yolu ilə razılaşdılar -FOTO

Pakistanın müdafiə naziri Xavaca Asifin başçılıq etdiyi yüksək səviyyəli Pakistan nümayəndə heyəti Kabilə səfər edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Talibanın sözçüsü Zabiullah Mücahid öz tvitter səhifəsində bildirib.

Danışıqlarda Əfqanıstan tərəfdən baş nazirin müavini Molla Əbdül Qani Baradar Axund, xarici işlər naziri Əmir Xan Müttəki və kəşfiyyat rəhbəri Molla Əbdül Haq Vasik iştirak edib.

Mücahidin sözlərinə görə, görüşdə təhlükəsizlik məsələləri, o cümlədən Əfqanıstandakı “müxalifət döyüşçülərinin” fəaliyyəti və əfqan qaçqınlar müzakirə olunub.

Taliban rəsmisi bildirib ki, hər iki tərəf iqtisadi və kommersiya məsələlərinin siyasi məsələlərdən asılı olmaması barədə razılığa gəlib. Danışıqların iştirakçıları problemlərin dialoq yolu ilə həllinə, eləcə də siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə diqqət yetiriblər.

Gununsesi.info