Naftalanda 6 nəfər qazdan zəhərləndi

  • By admin
  • 03 Dekabr 2016 08:25

ambulani

Naftalanda zəhərlənmə olub.

Gununsesi.info-nun  məlumata görə,  Naftalan sakinləri 1960-cı il təvəllüdlü Ümidvar Şəmil oğlu Bədəlov, 1968-ci il təvəllüdlü İlhamə Fərman qızı İsgəndərova, 1991-ci il təvəllüdlü Elşən Arzu oğlu Məmmədzadə, 1994-cü il təvəllüdlü Aytən Ümidvar qızı Bədəlova və onun həmyaşıdı Elçin Arzu oğlu Məmmədzadə, 1991-ci il təvəllüdlü Lalə Məmmədzadə özlərinə pis hiss etdiklərinə görə Goranboy rayon mərkəzi xəstəxanaya müraciət ediblər.

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətləri normal olduğundan evə buraxılıblar. Məlum olub ki, onlar evin zirzəmisində quraşdırılan kombi sisteminin nasaz işləməsi zamanı otağa dolan qazdan zəhərləniblər.

Gununsesi.info