Namiq Canıyev, Hacı “Beyləqanski” məhkəməyə belə aparıldı - VİDEO

  • By admin
  • 16 Noyabr 2017 13:30
Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür” alışveriş mərkəzində saxlanılıb. İddalara görə, killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən “Lənkəranski”nin qardaşı Namiq Canıyev və “Max”ləqəbli Sabri Şirin başçılıq edib.
Gununsesi.info unikal.org-a istinadən xəbər verir ki, hadisə ilə bağlı İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaq işini başa çatdırıb və bu gün səhər “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev, qanuni oğru Hacı “Beyləqanski” və digər 11 nəfər məhkəməyə aparılıb.

Gununsesi.info