Namiq Qaraçuxurlu bəzi ali məktəbləri tənqid etdi - "ELƏ UNİVERSİTETLƏRİMİZ VAR Kİ,..."

  • By admin
  • 07 Dekabr 2017 11:00

“Xəzər” telekanalında Zaur Kamalın verilişinin qonaqları olan xalq artisti Nazpəri Dostəliyeva və Namiq Qaraçuxurlu bir-birindən iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüblər. 

Gununsesi.info xəbər verir ki, xalq artisti gəncləri bayağı musiqilər ifa etməkdə qınayıb: “Gəncləri ali təhsilə yönləndirmək istəyirəm. Bayağı musiqilər gəldi gedərdir. Qoy ali musiqilər ifa etsinlər”.

Namiq Qaraçuxurludan Nazpəri Dostəliyevanın sözlərinə dəstək özünü çox gözlətməyib:

“Nazpəri xanım düz deyir. Fikirləri pul qazanmaqdır, ona görə elə edirlər. Onlardan əksəriyyəti istedadlıdır. Onlar ciddi yolu seçsələr, daha böyük hörmət qazanarlar. Amma toy tutmaq üçün ara-sıra bu lazımdır. Acından ölməyəcəklər ki?! Bir məsələyə də toxunmaq istəyirəm. Baxsınlar hansı ali təhsil müəssisələri. Təəssüflər olsun ki, elə ali təhsil müəssisələrimiz var ki, orada dərs deyənlərin bəziləri Nazpəri xanım deyən adamlardan seçilmirlər. Təəssüflər olsun ki, bəziləri səhər universitetdə dərs deyir, axşam stollarda oynayır, pul yığırlar. Bu, heç nə öyrədə bilməyəcək o tələbəyə”.

Gununsesi.info