Naqil oğruları tutuldu

  • By admin
  • 12 İyul 2017 15:06

ogru

50 metr elektrik naqilini kəsərək oğurlamağa cəhd göstərən Şəmkir rayonunun Seyfəli kənd sakinləri saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 11-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisindəki idarələrdən birinin həyətindən 50 metr elektrik naqilini kəsərək oğurlamağa cəhd göstərən kənd sakinləri Elvin Məmmədov və bir azyaşlı Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil veriliblər.

Anar

Gununsesi.info