Nardaranda silah-sursat tapılıb

  • By admin
  • 14 Aprel 2017 12:01

silah

Nardaran qəsəbəsində silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun həyətindəki tikiliyə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “Karabin” markalı tüfəng, 1 ədəd “RQD-5” qumbarası və 1 süngü-bıçaq götürülüb.

Gununsesi.info