Narışkinin Azərbaycan elitası ilə əlaqələri iddiasına Putinin reaksiyası

  • By admin
  • 21 Dekabr 2020 16:05

Rusiya Prezidenti Vladimir Putin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycan elitası ilə əlaqələri barədə iddialarla maraqlanmır.

Gununsesi.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Qeyd edək ki, “Proyekt” nəşri S.Narışkinin guya Azərbaycan diasporu ilə əlaqələri barədə məlumat dərc etmişdi.

Bu məsələnin iclasda müzakirə olunub-olunmaması barədə təkrar suala prezidentin mətbuat katibi mənfi cavab verib.

Gununsesi.info