Narkoloji Dispanserdə növbəti olay - 50 YAŞLI KİŞİ ÖZÜNÜ DOĞRAYIB

  • By admin
  • 17 Aprel 2018 08:50

Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib.

1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Gununsesi.info