Narkoman valideynlər 2 yaşlı uşağa şiddət göstərdi  -VİDEO

  • By admin
  • 09 Avqust 2022 13:30

“Bu əl sığal istər… Bu əl sarılmaq istər… Bu əl bu gecə Qəmərin əlindən bərk-bərk yapışıb, hıçqırıqla yuxuya gedib. 2 yaşlı balamız ailədə baxımsızlıqdan bu hala salınıb, zorakılıq görüb. Daxili İşlər Nazirliyi Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində uşaq narkotik istifadəçiləri, içki düşkünü olan vakideynlərinin cəngindən xilas edilib və dünən gecə saatlarında gətirilib. Sağ olsun polis əməkdaşları, aqressiv davranış görən uşağı dərhal ailədən uzaqlaşdırıblar, yoxsa bu məsələdən heç kimin xəbəri olmayacaqdı”.

Bunu Publika.az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, 2 yaşlı oğlan uşağı sığınacağa gətirilərkən baxımsız vəziyyətdə olub:

“Uşaq diqqətdən kənarda qalıb. Məsələ təkcə burada uşağın əlində olan kiçik zədə deyil, bu gün uşaqlar baxımsız vəziyyətdədir. Zərərli vərdişləri olan, içki düşkünü olan ailənin dövlət qurumları tərəfindən nəzarətə götürülməsi və o uşağın sosial rifahının yaxşılaşdırılması, ailənin müalicəyə ehtiyacı varsa, müalicəyə göndərilməsi mütləq şəkildə olmalıdır. Əgər bunları etməsək belə uşaqların sayını hər keçən gün daha çox görəcəyik. Hə gün müraciətlər olur, deyirlər ki, “həyat yoldaşım narkotik istifadəçisidir, dözə bilmirəm, uşağıma şiddət göstərir”, hər gün nənə şikayət edir ki, uşaq gedib ata və anası üçün narkotik alır. Bunlar artıq cəmiyyətə böyük bir mesajdır ki, bu gün uşaqların müdafiəsi get-gedə zəifləyir”.

Gununsesi.info