Narkotik maddə yeyən qoyunlar kəndin altını üstünə çevirdilər

  • Müəllif: admin
  • 10 Aprel 2018 15:40

İngiltərənin Ridipandi kəndində maraqlı hadisə qeydə alınıb.

Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, otlayan qoyunlar narkotik maddə yeyiblər və kəndi bir-birinə qatıblar.

Kənd nümayəndəsi Riçard bildirib ki, qoyunlar kəndə ciddi ziyan vurublar:

“Qoyunlar küçələrdə o yana bu yana qaçışır, baxçalara girir. Hətta biri evə girərək evi dağıdıb”.

Ehtimal edilir ki, qoyunlar yaxınlıqda olan qeyri-qanuni bir zavoda aid narkotik maddə qalıqlarını yeyiblər. Hadisənin təkrarlanmaması üçün polisə müraciət edilib.

Gununsesi.info