NASA Marsın yeni görüntülərini paylaşıb

  • By admin
  • 01 Mart 2017 22:29

nasa mars

NASA-nın tərəfindən paylaşılan həmin görüntülərdə Marsın səthində qırmızı rəngdə sərt qayalıqlar görünür. Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, Mars səthini ümumiyyətlə xırdadənəli daş və qayalıqların bürüdüyünü ifadə edən mütəxəssislər, planetin bir qisimində sıx və sərt qayalıqların olduğunu göstərən yeni görüntülər əldə etdiklərini bildirirlər.

Qırmızı rəngdəki qayalıq laylarının arasında incə qum dənələrinin də olduğu ifadə edən ekspertlər yeni görüntülərin Marsın səthindən 300 kilometr uzaqlıqda yerləşən Mars Reconnaissance Orbit kosmos aləti vasitəsiylə əldə edildiyini vurğulayırlar.

Nəzərinizə çatdıraq ki, NASA keçən ay sözügedən alətdəki yüksək keyfiyyətli ‘HiRISE’ kamerasından istifadə edərək Dünyanın və peyki Ayın yeni bir teleskopik görünüşünü bölüşmüşdü. Fotoşəkilin çəkildiyi an Mars ilə Dünya arasındakı məsafənin təxminən 205 milyon kilometr olduğu, fotoşəkilin bu səbəblə əhəmiyyət daşıdığı ifadə edilmişdi.

Gununsesi.info