Nataliya Oreyrodan Rusiyaya jest

  • Müəllif: admin
  • 11 İyun 2018 13:25

Nataliya Oreyrodan Rusiyaya jest

“Vəhşi mələk” serialı ilə dünyada məşhurlaşan uruqvaylı aktrisa-müğənni Nataliya Oreyro Rusiyaya jest edib. Gununsesi.info xəbər verir ki, müğənni 3 gün sonra start götürəcək  “DÇ- 2018”ə mahnı oxuyaraq klip çəkdirib. 

“United by love” (Sevgiylə birləşmək) adlanan klip artıq “Youtube”da  yayımlanıb. Ötən gün yerləşdirilən ekran işini 1 milyona yaxın insan izləyib.

Klipdə Nataliya Rusiyaya məxsus etnik geyimlərdən istifadə edib.  Fanatları həmin layihəni “DÇ”nin qeyri-rəsmi himni adlandırıb.

 Oreyro Rusiya mətbuatına müsahibəsində deyib ki, Rusiya, Uruqvay və Argentinanın qalib olmağını istəyir.