“NATO-dan yalnız bir faiz silah istədik” - Zelenski

  • By admin
  • 27 Mart 2022 12:36

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya məxsus təyyarə və tankların yalnız bir faizini istədiklərini, amma 31 gündür yardım gözlədiklərini dilə gətirib.

Gununsesi.info “UNİAN”a istinadən xəbər verir ki, Zelenski videomüraciətində Qərb ölkələrini Ukraynaya silahlar göndərməyə çağırıb.

“Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatı təyyarələr, tanklar və hava hücumundan müdafiə sistemləridir. Biz NATO-dan təyyarə və tankların yalnız bir faizini istədik. Hələ çox istəmirik, amma 31 gündür gözləyirik. Yəni Avro və Atlantik birliklərinə kim başçılıq edir? Rəsmi Moskva hələ də hədə-qorxu ilə davam edir? Tərəfdaşlar Ukraynaya yardımı artırmalıdırlar. Buna ehtiyacı olan da onlardır. Çünki bu, həm də Avropanın təhlükəsizliyidir”, – deyə Zelenski vurğulayıb.

Gununsesi.info