NATO hərbi xərclərini artıracaq

  • Müəllif: admin
  • 11 May 2017 14:42

nato-1

NATO hərbi xərclərini iki faiz artırmağa cəhd edəcək.

Gununsesi.info xəbər verir ki, bunu NATO baş katibi Yons Stoltenberq Berlində mətbuat konfransında  bəyan edib.

Baş katibin sözlərinə görə, NATO üzərinə düşən öhdəliklərini icrasına çalışacaq: “Biz mayın 25-də NATO-nun sammitində təşkilatın üzərinə düşən öhdəliklərin icrasını müzakirə etməyəcəyik, bu öhdəliklər 2014-cü il səviyyəsində qalacaq. Biz bu öhdəliklərin necə icra etməyi müzakirə edəcəyik”.

Baş katib onu da əlavə edib ki, sammitdə təşkilata üzv ölkələrin hərbi xərclərinin artırılması üzrə milli planları, hərbi potensialın artırılması və müttəfiqlərin alyansın əməliyyatlarına verdiyi töhfələr müzakirə olunacaq.

Baş katib eyni zamanda, Almaniyanın Rusiya ilə dialoqun aparılması barədə mövqeyini də alqışlayıb.

Gununsesi.info