NATO İdliblə bağlı ilk açıqlamasını verdi – Dünyanın gözü bu açıqlamada

  • By admin
  • 28 Fevral 2020 18:29

“Hücumları qınayırıq, atəşkəs bərpa olunmalıdır. NATO Türkiyənin yanındadır”.

“HaberGlobal”ın məlumatına görə, bu barədə alyansın Baş katibi Yens Stoltenberq İdliblə əlaqədar toplantıda bildirilib.

O, qeyd edib ki, Türkiyə NATO üçün önəmli müttəfiqdir və cənub sərhədinin qorunması davam etdiriləcək. Stoltenberq həmçinin, Alyans üzvlərinin Türkiyəyə dəstəyini ifadə edib, vəziyyəti çox yaxından izlədiklərini, bugünkü görüşdə əsas məqsədin də həmrəyliyi göstərmək olduğunu vurğulayıb.

Bundan başqa, toplantıda Suriya Prezidenti Bəşər Əsədə hücumların dayandırılması üçün tələb irəli sürüldüyü bildirilib.

Gununsesi.org