NATO- nun baş katibi: Rusiya qoşunlarını geri çəkmir, yeni hücuma hazırlaşır - Yens Stoltenberq

  • By admin
  • 31 Mart 2022 18:43
Rusiya öz qoşunlarını Kiyev ətrafından geri çəkmir, sadəcə, qüvvələrini yenidən qruplaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu martın 31- də NATO- nun baş katibi Yens Stoltenberq bəyan edib.
Brüsseldə alyansın fəaliyyətinə dair illik hesabatla çıxış edərkən, Stoltenberq Rusiya tərəfinin bu yaxınlardakı bəyanatlarını şərh edib.
“Bizim kəşfiyyatın məlumatlarına görə, Rusiyanın hərbi hissələri geri çəkilmir, başqa mövqelərə yerdəyişmə edir. Rusiya qüvvələrini yenidən qruplaşdırmağa, onları ehtiyatlarla doldurmağa və Donbasda hücumunu gücləndirməyə cəhd edir”, – NATO- nun baş katibi deyib.
“Eyni zamanda, Rusiya Kiyevə və başqa şəhərlərə təzyiq etməkdə davam edir. Ona görə də Ukrayna xalqına daha çox əzablar gətirəcək əlavə hücum əməliyyatlarını gözləmək olar”, – Stoltenberq vurğulayıb.
Martın 29- da İstanbulda danışıqlardan sonra Rusiyanın müdafiə nazirliyi Kiyev və Çerniqov ətrafında “döyüş əməliyyatlarının intensivliyinin əsaslı surətdə aşağı salınması” barədə bəyan edib. Lakin Kiyevin bombalanması daha da güclənib. Ötən gecə həm də Xarkov şəhəri intensiv raket atəşinə məruz qalıb.
“Biz bu yaxınlarda Rusiyanın Kiyev ətrafında və Ukraynanın şimalında hərbi hərəkətlərinin azaldılması barədə bəyanatlarını eşitmişik. Lakin Rusiya dəfələrlə öz niyyətləri barədə yalan danışıb. Ona görə də ona sözlərinə deyil, əməllərinə görə qiymət verilməlidir”, Stoltenberq qeyd edib.
O, əlavə edib ki, NATO üzrə müttəfiqlər Ukraynaya tələb olunanadək silah göndərməyə davam edəcək.

Stoltenberq bəyan edib.

Gununsesi.info