NATO-nun Baş katibi Şimali Koreyaya daha çox təzyiq göstərməyi təklif edib

  • By admin
  • 16 Fevral 2018 23:30

Şimali Koreyaya daha çox təzyiq göstərilməlidir, bu ölkənin raket proqramı NATO ölkələrinə təhlükə yaradır.

Gununsesi.info xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Y.Stoltenberq bildirib: “Şimali Koreya hamıya təhlükə yaradan nüvə və ballistik proqramı üzərində işləyə davam edir. Biz Şimali Koreya raketlərinin çata biləcəyi zonada yerləşirik və Pheynyana maksimal təzyiq göstərməliyik”.

Gununsesi.info