“Əgər bizim qarşılıqlı səmərəli və qəbul edilən prinsiplər təhlükəsizliyimizə təminat verilməsə, fərqli addımlar atmalı olacağıq”
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Təbii ki, bu addımlar ordumuzun gücü sahəsində atılacaq. Hökumət institutları və agentlikləri də bu addımların hazırlanmasında iştirak edəcək. Hazırkı mərhələdə biz ABŞ və NATO-dan aldığımız cavabları analiz edirik. NATO-nun cavabı sanki NATO-nun qürurunu əks etdirir. Mən hətta deyərdim ki, bu sənədi yazanların yerinə utandım. Bundan sonra atılacaq addımlar, veriləcək cavablar Rusiya Prezidenti tərəfindən elan olunacaq”, – XİN başçısı vurğulayıb.
Gununsesi.info