NATO-nun iclası başladı

  • By admin
  • 27 Yanvar 2021 14:06

NATO üzvü ölkələri Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin iclası başlayıb.

Gununsesi.info xəbər verir ki, Brüsseldəki NATO qərargahında toplaşan yüksək hərbi rütbəlilər ittifaqın həyata keçirdiyi əməliyyatlar, missiyalar və fəaliyyətləri müzakirə edəcək.

İclasa bəzi Baş Qərargah rəisləri şəxsən, bəziləri isə video-konfrans yolu ilə qatılıb.

Müzakirələrə Hərbi Komitənin sədri, general Stüart Piiç rəhbərlik edir.

İştirakçılar NATO-nun fəaliyyətinin ötən il qəbul edilən Avropa- Atlantik bölgəsi müdafiə konteksti ilə uyğunlaşdırılması prosesindəki irəliləyişi nəzərdən keçirəcək. Əlavə olaraq, NATO-nun müharibə konsepsiyası haqqında tövsiyələr yekunlaşdırılacaq.

Gununsesi.info