NATO-nun sənədində Qarabağla bağlı məsələ də yer alacaq

  • By admin
  • 08 İyul 2016 15:07

nato-1

 

Dağlıq Qarabağ məsələsi NATO-nun Varşavada keçirilən sammitində qəbul ediləcək yekun bəyannaməsində öz əksini tapacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açqlamasında deyib. Onun sözlərinə görə, NATO-nun yekun bəyannaməsinda Dağlıq Qarabağ məsələsini də qeyd edəcəklər: “Mesaj da odur ki, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırırıq”. Baş katib onu da əlavə edib ki, münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirlər.

Gununsesi.info