Naxçıvan-Məşhəd-Naxçıvan qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək - CƏDVƏL

  • Müəllif: admin
  • 10 Mart 2017 09:42

unnamed

Novruz Bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə və İran İslam Respublikası ərazisində 21 mart 2017-ci il tarixindən etibarən yay vaxtına keçidlə əlaqədar olaraq, 15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Bu barədə Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

16.03.2017-ci il tarixindən etibarən 06.04.2017-ci il tarixinədək qatar həftədə iki dəfə – həftənin cümə axşamı və bazar günləri Naxçıvandan yola düşəcək, həftənin cümə və bazar ertəsi günləri Məşhəd stansiyasına çatacaq. Həftənin şənbə və çərşənbə axşamı günləri isə Məşhəddən geriyə yola düşəcək, həftənin bazar və çərşənbə günləri Naxçıvana çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli:

№ 16

Naxçıvan-Məşhəd

S ü r ə t

qatarı

(«ADY» QSC məxsus)

№ 15

Məşhəd -Naxçıvan

Yolda olma vaxtı:

30 saat 50dəq

Yola düşmə tarixləri

16, 19 mart 2017-ci il

Yolda olma vaxtı:

30 saat 55 dəq

Çatma Daya-nacaq Yoladüşmə Aralıq məntəqələr Məsafə

km

kod Çatma Daya-nacaq Yoladüşmə
«Azərbaycan Dəmir Yolları» QSC

(Bakı vaxtı ilə)

IV və VII günləri VII və III günləri
– – 13-00 Naxçıvan 0 550803 8-30 – –
– – 13-18 Qara Börk 11 550822 – – 8-12
– – 13-33 Nehrəm 21 550841 – – 7-57
– – 13-54 Dərəşam 35 550875 – – 7-36
14-15 10 14-25 Culfa-Azərb. 45 550004 6-55 20 7-15
İran Dəmir Yolu

(Tehran vaxtı ilə)

14-20 120 16-20 Culfa-İran 50 4-00 120 6-00
18-50 55 19-45 Təbriz 196 0-47 50 1-27
07-37 50 08-27 Tehran 932 12-04 30 12-34
19-20 – – Məşhəd 1858 – – 01-05
V və I günləri VI və II günləri

Naxçıvan-Məşhəd- Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəli

№ 15/16

Naxçıvan-Məşhəd

S ü r ə t

qatarı

(«ADY» QSC məxsus)

№ 16/15

Məşhəd -Naxçıvan

Yolda olma vaxtı:

30 saat 50dəq

Yola düşmə tarixləri

23, 26, 30 mart və 02, 06 aprel

2017-ci il

Yolda olma vaxtı:

30 saat 55 dəq

Çatma Daya-nacaq Yoladüşmə Aralıq məntəqələr Məsafə

km

kod Çatma Daya-nacaq Yoladüşmə
«Azərbaycan Dəmir Yolları» QSC

(Bakı vaxtı ilə)

IV və VII günləri VII və III günləri
– – 12-00 Naxçıvan 0 550803 7-30
– – 12-18 Qara Börk 11 550822 – – 7-12
– – 12-33 Nehrəm 21 550841 – – 6-57
– – 12-54 Dərəşam 35 550875 – – 6-36
13-15 10 13-25 Culfa-Azərb. 45 550004 5-55 20 6-15
İran Dəmir Yolu

(Tehran vaxtı ilə)

14-20 120 16-20 Culfa-İran 50 4-00 120 6-00
18-50 55 19-45 Təbriz 196 0-47 50 1-27
07-37 50 08-27 Tehran 932 12-04 30 12-34
19-20 – – Məşhəd 1858 – – 01-05
V və I günləri VI və II günləri

unnamed (3) unnamed (2) unnamed (1)

Gununsesi.info